Sosial Fəaliyyətlər Gəncliyə Yardım Fondu Bəyanat Verdi

Gəncliyə Yardım Fondu Bəyanat Verdi

6

Gəncliyə Yardım Fondunun İyulun 4-də Ermənistan ordusunun bölmələrinin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutmaları nəticəsində dinc sakinlərin öldürülməsi iə bağlı bəyanatı:

Azətbaycanın tarixi Qarabağ torpaqlarını  misli görülməmiş vəhşiliklə işğal edən erməni ordusunun heç bir hərb etikasına sığmayan və dinc sakinləri hədəf alan vəhşilikləri bu gün də davam edir.  Belə ki, İyulun 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar.

 Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı xəstəxanaya çatdırılaraq əməliyyata götürülüb.

Erməni silahli qüvvələrinin dinc əhaliyə qarşı heç bir humanist dəyərlərə və hərb siyasətinə sığmayan münsibəti bir daha onu göstərir ki, tarixi mənfur düşmən hələ də öz pis niyyətindən əl çəkməyib, insanlarımıza və insanlığa qarşı təhlükə olmağa davam edir. Bununla yanaşı BMT-nin Ermənistan hərbi birləşmələrinin işğal edilmiş Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasına dair 4 qətnaməsinin yerinə yetirilməməsi, eləcə də münaqişənin nizamlanması üzrə sülh danışıqlarını bilavasitə təşkil edən ATƏT-in Minsk qrupunun problemə ikili standartlar prizmasından yanaşması atəşkəs rejiminin daim pozulmasına və dinc əhaliyə qarşı hərbi cinayətlərin davamlı hal almasına zəmin yardır.

Biz Azərbaycan gəncləri olaraq, beynəlxalq təşkilatları o cümlədən bütün dünya ictimaiyyətini Ermənistanın regionda sülhə təhdid olan davamlı qeyri-humanist hərəkətlərinə qarşı insani mövqe nümayiş etdirməyə, bu cür insidentləri törədən Ermənistanın cinayətkar siyasi rəhbərliyini lənətləməyə çağırırıq. Biz Azərbaycan gəncləri olaraq bəyan edirik ki, istənilən vaxt  Ali Baş Komandanımızın əmrinə müvafiq olaraq beynəlxalq hüququn norma və prinsiplərinin pozulması nəticəsində ərazilərimizin işğal altında saxlanılmasını, dinc mülki əhalimizə qarşı terror əməllərinin davam etdirilməsini işğalçı dövlətə güzəştə getməyəcəyik.