İnsani Yardım Cocuq Mərcanlıda Bayram Sevinci Yaşanır

Cocuq Mərcanlıda Bayram Sevinci Yaşanır

0

Gəncliyə Yardım Fondu bu il qurban fəaliyyətini Cocuq Mərcanlı kəndinin sakinlərini ilə birgə həyata keçirir. Cocuq Mərcanlıda sözün həqiqi mənasında bayram sevinci yaşanır. Belə ki, bu il kəsilən qurban ətlərinin bir hissəsi Cocuq Mərcanlı kəndinin sakinlərinə paylanıb.

Məlum olduğu kimi Gəncliyə Yardım Fondu milli və mənəvi cəhətdən əlamətdar hesab olunan günlərdə xüsusi yardıma ehtiyacı olan insanlara yardımlar edir. Dünya müsəlmanlarının müqəddəs bayramlarından olan Qurban bayramı münasibəti ilə də öz fəaliyyətlərini davam etdirməktədir.

Belə ki, Gəncliyə Yardım Fondu qurban kəsmək və paylamaq fəaliyyətinə 1994-cü ildən başlamışdır. Fond o zamandan etibarən də hər il qurban bayramında qurban kəsimlərini həyata keçirərək onları ehtiyac sahiblərinə paylayır. 2017-ci ildə fond xüsusilə Türkiyənin Əziz Mahmud Hüdayi vəqfinin maddi köməyi ilə bu fəaliyyətlərini həyata keçirir.

GYF–nun kəsdiyi qurbanların böyük bir hissəsi (təxminən yarısından çoxu) bir başa qaçqın şəhərciklərinə, qaçqın və məcburi köçkünlərə, şəhid ailələrinə və daha çox ehtiyac sahiblərinə göndərilir. Bu il də kəsilən 10 ton qurban ətinin bir hissəsi Azərbaycan Respublikasi Nazirlər Kabinetinin göstərişi ilə Cocuq Mərcanlı kəndinin sakinlərinə, qaçqın və məcburi köçkünlərə, şəhid ailələrinə və aztəmintlı ailələrə paylanıb. O cümlədən ümumilikdə 4000 ailə bayram sevincini Gəncliyə Yardım Fondu ilə yaşayıb. Fondun mərkəzində də qurban paylarının bir qismi əvvəlcədən müəyyənləşdirilən kasıb ailələrə paylanıb. Qeyd edək ki, Gəncliyə Yardım Fondu bu paylama işini Azərbaycan Respublikasi Nazirlər Kabineti, Qaçqın və Məcburi Köçkünlərlə İş Üzrə Dövlət Komitəsi, İcra hakimiyyətlərindən bir nümayəndə ilə birgə həyata keçirir. Əvvəlcədən verilən talonlar ehtiyac sahiblərinə təqdim edilir və qurban bayramı günü də ətlər paylanılır.

Fondun hər il həyata keçirdiyi bu xeyriyyə fəaliyyəti eyni zamanda cəmiyyətimizdə fərdlər arasındakı paylaşma ruhunun daha da artmasına və digər təşkilatların da bu cür xeyriyyə aksiyalarına qoşulmalarına vəsilə olmuşdur. Gəncliyə Yardım Fondu bundan sonrakı fəaliyyətlərini də Azərbaycan xalqının mənafeyi naminə həyata keçirməyə davam edəcəkdir.

Qeyd: Qurbanlıq heyvanlar gigiyenik cəhətdən təmiz  məkanlarda, baytar nəzarəti altında və dini qaydalara uyğun olaraq kəsilir.