Bu gün Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsinin əhatə etdiyi rayonlardan ikisinin, Ağdam və Laçın rayonlarının Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda fəaliyyət göstərən uşaq musiqi məktəblərinin iştirakı ilə 2017-2018 tədris ilinə-Bilik gününə həsr olunmuş tədbir keçirilib.
Tədbir iştirakçıları ilk öncə Fəxri Xiyabanda Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət edərək abidəsi önünə gül dəstələri qoyublar. Daha sonra tədbir iştirakçıları Şəhidlər Xiyabanına gəlib və torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizi ziyarət edib, məzarları üzərinə qərənfillər qoyublar.
Gəncliyə Yardım Fondunda keçirilən tədbirdə Ağcəbədi Regional Mədəniyyət və Turizm İdarəsinin rəis müavini Vüqar Qədirov Azərbaycan Respublikasının Prezidenti Zati-Aliləri Möhtərəm Cənab İlham Əliyevin “Xalqımızı xalq kimi, millət kimi qoruyub saxlayan bizim ənənələrimiz olub,ədəbiyyatımız, ana dilimiz və mədəniyyətimiz olubdur. Mədəniyyət, ədəbiyyat, milli musiqi, ana dilimiz tarixi keçmişimizdir-biz bu sahələrə böyük diqqət göstərməliyik” fikirləri ilə açaraq 15 sentyabr-Bilik Günü münasibətilə musiqi məktəblərinin kollektivlərini, eyni zamanda bütün təhsil müəssələrində çalışan və təhsil alan müəllimləri, tələbələri və şagirdləri təbrik edib. Natiq Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti, Heydər Əliyev Fondunun prezident, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Xanım Əliyevanın xidmətləri nəticəsində Azərbaycan muğamının, xalça sənətinin bu gün YUNESKO-nun mədəni irs siyahısında olmasını ölkədə mədəniyyətə xüsusi qayğının nəticəsi kimi qeyd edib.
Tədbirdə çıxış edən Gəncliyə Yardım Fondunun vitse-prezidenti Salman Əliyev Fondun xeyriyyə fəaliyyətləri haqqında tədbir iştirakçılarına məlumat verib. Daha sonra tədbir iştirakıçların çıxışları ilə davam edib. Sonda bütün tədbir iştirakçılarına Gəncliyə Yardım Fondu tərəfindən milli qəhrəmanlarımızın xatirəsini əbədiləşdirmək məqsədilə hazırlanmış qeyd dəftərləri hədiyyə edilib.