27.09.2017-ci il tarixində Gəncliyə Yardım Fondunun əməkdaşları “Ümid Yeri” uşaq sığınacağını ziyarət edib. Sığınacaqda qalan uşaqların həyat tərzi ilə maraqlanan fondun əməkdaşları onlar üçün yaradılan şəraitlə yaxından tanış olub. “Ümid Yeri” uşaq sığınacağının rəhbəri Nigar Mənsimli qonaqlara ətraflı məlumat verərək, altmışa yaxın uşağın burda məskunlaşdığını qeyd edib. “Ümid Yeri” nə daxil olan hər bir uşaq həkim müayinəsindən keçirildiyini, sosial – psixoloji adaptasiyaya cəlb edildiyini və sonra müxtəlif təhsil müəssisələrində yerləşdirildiyini vurğulayıb. O,cümlədən musiqi, rəqs, ifa etmək qabiliyyəti aşkarlanmış uşaqların ixtisas məktəblərində təhsil almalarına kömək göstərilir. O, sığınacaqda yaşayan, valideyn himayəsindən məhrum olan və müxtəlif səbəblərdən küçə həyatına məruz qalmış uşaqlar üçün göstərilən diqqət və qayğıya görə fondun əməkdaşlarına, o cümlədən fond rəhbəri Ahmet Tecimə xüsusi təşəkkürünü bildirib.
“Ümid Yeri” uşaq sığınacağına Gəncliyə Yardım Fondu tərəfindən ərzaq bağlamaları təqdim edilib. O, cümlədən uşaqlar üçün nağıl kitabları və jurnallar da sığınacağa hədiyyə edilib.
Qeyd edək ki, “Ümid Yeri” uşaq sığınacağı 1997-ci ildən fəaliyyət göstərir və bu günə kimi 5000-ə yaxın kimsəsiz azyaşlı uşağın xilaskarı olub.