28-30 Sentyabr 2017-ci il tarxində V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Türkiyəli qonaqlar Gəncliyə Yardım Fondunu ziyarət edib.
Ziyarət əsnasında Gəncliyə Yardın Fondun fəaliyyətləri ilə tanış olan “Erkam” Nəşriyyatının Redaktoru Salih Zeki Meriç, Yeni İnsan Jurnalının Redaktoru Akif Pamuk, “Ötüken” Nəşriyyatının müdürü Ertuğrul Alpay, “Türk Edebiyyatı” Vəqfinin sədri Bahtiyar Aslan, İstanbul Bələdiyyəsinin mədəniyyət və incəsənət söbəsinin müdürü Ahmet Akif Tosun və “Nar” Nəşriyyatının qurucusu Tayfur Esen xüsusi qonaqpərvərliyə görə fond rəhbərliyinə təşəkkürlərini bildiriblər.
Gələn qonaqlar adında çıxış edən “Nar” Nəşriyyatının qurucusu Tayfur Esen gələcəkdə Gəncliyə Yardım Fondu və İpəkyolu Nəşriyyatı ilə sıx və qarşılıqlı əlaqələrin qurulmasından danışıb. Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim bu cür əlaqələrin vacibliyini vurğulayaraq minnətdarlığını bildirib.
Daha sonra söhbət yemək və çay süfrəsi ətrafında davam etdirilib və sonda xatirə şəkli çəkdirilib.