3 Dekabr Beynəlxalq Əlillər Günü münasibəti ilə Gəncliyə Yardım Fondu Bakı şəhərindən olan daha üç və Xırdalan şəhərindən olan bir ehtiyyac sahibi əlilə əlil arabası təqdim edib.
Gəncliyə Yardım Fondunun vitse prezidenti Salman Əliyevin və fondun əməkdaşlarının iştirakı ilə ehtiyyac sahiblərinə əlil arabaları yaşadıqları ünvanda təqdim edilib. Ehtiyyac sahibləri Hacıyev Nizami Ümidvar oğlu, İmanov Qurban Vaqif oğlu, Əliyeva Xuraman Məhərrəm qızına və Əkbərova İradə Canəli qızına təqdim olunan əlil arabaları onların ailələri və yaxınları tərfindən sevinclə qarşılanıb və bu təşəbbüslərinə görə Gəncliyə Yardım Fondunun rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.