İnsani Yardım GYF-nin Yardımı Gecikmədi

GYF-nin Yardımı Gecikmədi

0

14.12.2017-ci il tarixində Əhmədova Natavan Qalib qızının müraciətinə əsasən Abşeron rayon Naximov küçəsi bina 11 mənzil 122 ünvanında yaşayan və serebral iflici 1-ci qrup əlil olan Əhmədova Münəvvər Arzuman qızına əlil arabası təqdim edilib. Gəncliyə Yardım Fondunun vitse-prezideti Salman Əliyev və fond əməkdaşları tərəfindən əlil arabası və ərzaq paketi ehtiyyac sahibinə yaşadığı ünvanda təqdim edilib. Bir valideyn olaraq anası göstərdikləri diqqət və qayğıya görə fond rəhbərliyinə minnətdarlığını bildirərək, dərdlərinə sevinc qatdıqları üçün təşəkkür edib.

Qeyd edək ki, Əhmədova Natavan Qalib qızının ikinci övladı Əhmədov Əli Arzuman oğlun da sağlamlıq imkanları məhdudur və o, Milli Parolimpiya Komitəsi tərəfindən təşkil olunan BOCCİA idman növü üzrə Azərbaycan üçüncüsüdür.