Təhsil Fəaliyyətləri 2017 GYF-də Peşəkar Təlimçi Sənan Nəcəfov Gənclərlə Görüşüb

2017 GYF-də Peşəkar Təlimçi Sənan Nəcəfov Gənclərlə Görüşüb

1

16 dekabr  2017-ci il tarixində Gəncliyə Yardım Fondunun təşkilatçılığı, “Bakı İstedadlı Gənclər Akademiyası” layihəsi çərçivəsində Azərbaycan Respublikası Prezdenti Yanında QHT Şurasının əməkdaşı, peşəkar təlimçi Sənan Nəcəfov tələbələrin görüşünə gəlib. Tədbiri giriş sözü ilə açıq elan edən “Bakı Gənclik Akademiyası” koordinatoru Murad Əlizadə Sənan Nəcəfov haqqında tələbələrə ümumi məlumat verib.

Sənan Nəcəfov da öz növbəsində “Kütlə Qarşısında Çıxış, NLP Vasitə İlə Mükəmməl Ünsiyətin Qurulma Texnikaları “ mövzusunda tələbələrə seminar verib. Natiq seminar çərçivəsində kütlə qarşısında çıxış, bədən dili və sifət quruluşu ilə xarakterin müəyyən edilməsi (fizionomika), NLP haqqında məlumat, fərdi inkişaf, işə düzəlmə və intervüyə hazırlıq və digər mövzular haqqında gənclərə praktiki məlumatlar verib. Olduqca dinamik və  suallı-cavablı keçən seminardan tələbələr çox məmnun ayrılıb.

Qeyd edək ki, layihə çərçivəsində “Bakı Gənclik Akademiyası”nın iştirakçılarına hələ bu dərs ilinin sonuna kimi Azərbaycanın tanınmış simaları tərəfindən müxtəlif və maraqlı mövzular haqqında seminarlar veriləcək.