17.01.2018-ci il tarixində Kəlbəcər rayonundan olan məcburi köçkün İbrahimov Elşad Ələsdan oğluna əlil arabası təqdim olunub. Əlil arabası Gəncliyə Yardım Fondunun əməkdaşları tərəfindən İbrahimov Elşada hal-hazırda müalicə aldığı xəstəxanada təqdim olunub. Ehtiyyac sahibinin anası Amilə İbrahimova Gəncliyə Yardım Fondunun gördüyü xeyriyyə işləri ilə tanış olduğunu qeyd edərək, fond rəhbərliyinə dərin minnətdarlığını bildirib.
Qeyd edək ki, İbrahimov Elşad hərbi xidmətdə olarkən təxris olunmağına dörd ay qalmış düşmən snayperinin açdığı atəş nəticəsində başından yaralanıb. O, hal-hazırda 1-ci qrup əlildir.