Sosial Fəaliyyətlər Bir Ehtiyac Sahibinin də Ehtiyacı Qarşılandı

Bir Ehtiyac Sahibinin də Ehtiyacı Qarşılandı

4

Bu gün Gəncliyə Yardım Fondu Xəlilova Sevda Sabir qızının müraciətinə əsasən, Bakı şəhəri Yasamal rayon Şərifzadə küçəsi bina 58 mənzil 22-də yaşayan Xəlilova Ofelya Abduləzim qızına əlil arabası təqdim edib. Gəncliyə Yardım Fondunun əməkdaşları tərəfindən təqdim olunan əlil arabası ailənin böyük sevincinə səbəb olub. Ehtiyac sahibi Ofelya Xəlilovanın qızı Sevda Xəlilova Gəncliyə Yardım Fonduna və onun rəhbərliyinə belə tez bir zamanda əlil arabasını təqdim etdiyinə və göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.