Sosial Fəaliyyətlər Həyat Paylaşdıqca Gözəldir

Həyat Paylaşdıqca Gözəldir

6

07.04.2018-ci il tarixində Gəncliyə Yardım Fondunun əməkdaşları və fondun vitse prezidenti Salman Əliyev Şəmkir və Bərdə rayonlarında fiziki məhdudiyyətli vətəndaşlarla görüşüb. Gəncliyə Yardım Fondunun əməkdaşları əvvəlcə millət vəkili Sona Əliyevanın iştirakı ilə Şəmkir rayon Bayramlı kəndində olublar. Məmmədova Gülnaz Qədim qızının müraciəti əsasında onun oğlu  I qrup əlil olan Məmmədov Leysan Arif oğluna əlil arabası təqdim edilib. Millət vəkili Sona Əliyeva Gəncliyə Yardım Fondun rəhbərliyinə dərin minnətdarlığını bildirib.

 Gəncliyə Yardım Fondunun ölkəmizdə xeyriyyə məqsədilə bir çox layihələr həyata keçirdiyindən söz açaraq, cəmiyyət tərəfindən yüksək səviyyədə xoş məram kimi qiymətləndirildiyini bildirib.

Daha sonra Gəncliyə Yardım Fondunun əməkdaşları Təxris olunmuş Hərbiçilərin Maarifləndirmə İctimai Birliyinin Sədri Emin Həsənlinin müraciəti əsasında Ağdam rayon Qiyaslı kənd sakini Tağıyeva Lyudmila Andereevna qızını ziyarət edib. II qrup əlil olan Tağıyeva Lyudmilanın müalicə aldığı Bərdə Rayon Mərkəzi Xəstəxanasında ziyarət edilib və fondun vitse prezidenti Salman Əliyev tərəfində əlil arabası təqdim olunub. Tağıyeva Lyudmila və onun yaxınları bu xeyirxah missiyanın özləri ilə bərabər onların ailələrinin də sevincinə səbəb olduğunu bildirib.