Sosial Fəaliyyətlər Heydər Əliyev və Müstəqi Azərbaycan Mövzusunda ‎Konfrans Keçirilib

Heydər Əliyev və Müstəqi Azərbaycan Mövzusunda ‎Konfrans Keçirilib

8

8 May 2018-ci il tarixində Gəncliyə Yardım Fondunda Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Gəncliyə Yardım Fondunun birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 95-cü ildönümünə həsr olunmuş Bakı şəhər orta ümumtəhsil müəssisələrinin şagirdləri arasında “Heydər Əliyev və Müstəqil Azərbaycan” mövzusunda konfrans və inşa yazı müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib.

Tədbir açıq elan olunduqdan sonra toplantı iştirakçıları tərəfindən Azərbaycan Dövlət himni canlı olaraq səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən video rolik tədbir iştirakçılarına təqdim olunub.

Tədbiri giriş sözü ilə açan Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəis rəisi Raqif Abbasov gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutduğunu xüsusi olaraq qeyd edib.

Gəncliyə yardım Fondunun vitse-prezidenti Salman Əliyev ilkin olaraq iştirakçılara uğurlara arzulayaraq hər bir iştirakçının qalib olduğunu qeyd edrək gələcək həyatlarında uğurlar arzulayıb

Millət Vəkili Sona Əliyeva da   çıxışı zamanı Ümummilli liderimiz Heydər Əliyevin həyata keçirdiyi siyasətin gənc nəslin mənəvi-əxlaqi tərbiyyəsinin gücləndirilməsinə, sosial rifahının yaxşılaşdırılmasına və zəngin elmi potensialın yaradılmasına xidmət etdiyini vurğulayıb.

Tədbirin sonunda  çıxış edən Şuşa şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Nadir Bayramov Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı üçün göstərdiyi xidmətlərdən söz açaraq, bu rifahı və azadlığı ona borclu olduğumuzu qeyd edib.

İştirak etmiş məktəblilərə Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyini yaradılmasında, milli-siyasi suverenliyin qorunub saxlanılmasında, sürətli iqtisadi inkişafa nail olunmasında, milli-mədəni irsin mühafizəsində misilsiz xidmətlərindən danışılıb.

Sonda “ Heydər Əliyev və Müstəqil Azərbaycan ” mövzusunda keçirilən inşa yazı müsabiqəsində I, II, III və fərqlənmiş şagirdlər müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri təltif olunub. Nəticələrə görə I yerə Nəsirli Ruqayə (Xətai rayonu 264 saylı orta məktəb), II yerə Abdullayeva Mehrubə (Nizami rayuonu 10  saylı orta məktəb), III yerə isə Məşrik Xədicə (Binəqədi rayonu 283 saylı orta məktəb) layiq görülüb.