30.05.2018-ci il tarixində Gəncliyə Yardım Fondunda QHT-sədr və nümayəndələri üçün iftar süfrəsi açılıb. Tədbirdə 140-dan artıq QHT nümayəndəsi iştirak edib. Tədbir müqəddəs Qurani-Kərimdən ayələrin tilavəti ilə başlayıb. Gəncliyə Yardım Fondunun Prezidenti Ahmet Tecim qonaqları salamlayaraq Ramazan ayı münasibətilə hər kəsi təbrik edib. O öz çıxışında bu gözəl günlərin dostlar arasındakı münasibətlərin günclənməsinə vəsilə olacağına inandığını vurğulayıb.
İftar süfrəsində iştirak edən qonaqlardan Millət Vəkilləri Fazil Mustafa, Sona Əliyeva çıxış edərək fondun Ramazan ayındakı bu kimi xeyriyyə tədbirlərini yüksək qiymətləndirib və tədbir iştirakçılarının timsalında bütün müsəlman aləmini qarşıdan gələn Ramazan Bayramı münasibəti ilə təbrik ediblər.
Qeyd edək ki, hər il ənənəvi olaraq Ramazan ayının əvvəlindən sonunadək Gəncliyə Yardım Fondunun konfrans zalında təşkil edilən iftar proqramları bu il də davam edir. Gündəlik 300 nəfər üçün hazırlanan iftar süfrələrində cəmiyyətin müxtəlif təbəqələrindən olan insanlar iştirak edir və Ramazan ayının sevincini birlikdə yaşayırlar.