Sosial Fəaliyyətlər Gəncliyə Yardım Fondunun Prezidenti Azərbaycan İlahiyyat İnstitutunun Rektoru ilə ‎Görüşüb

Gəncliyə Yardım Fondunun Prezidenti Azərbaycan İlahiyyat İnstitutunun Rektoru ilə ‎Görüşüb

15

Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim, Azərbaycan İlahiyyat İnstitutunun Rektoru Ceyhun Məmmədov ilə görüşüb.

Ahmet Tecim yeni yaradılmış Azərbaycan İlahiyat İnstitutu münasibəti ilə İnstitutun rektoru Ceyhun Məmmədovu təbrik edib və fəaliyyətlərində uğurlar arzulayıb.

 Yeni yaradılan institutun Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılması və inkişafında mühüm rol oynayacağını qeyd edib.

 Qonağı salamlayan İnstitutun rektoru Ceyhun Məmmədov Azərbaycanla Türkiyə arasındakı çoxəsirlik tarixə malik münasibətlərin yüksək səviyyədə olduğunu bildirib. O, eyni zamanda İnstitutun fəaliyyəti, gələcək planları ilə bağlı ətraflı məlumat verərək qeyd edib ki, İlahiyyat İnstitutu müsəlman ölkələrinin analoji qurumlarının təcrübəsini öyrənməyə, onlarla sıx əməkdaşlıq etməyi planlaşdırır.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər də müzakirə edilib.