Sosial Fəaliyyətlər Qazqaz İslam Ordusunun 100 İlliyi İlə Əlaqədar Elmi Praktiki ‎Konfrans Keçirilib

Qazqaz İslam Ordusunun 100 İlliyi İlə Əlaqədar Elmi Praktiki ‎Konfrans Keçirilib

6

15.09.2018-ci tarixində Gəncliyə Yardım Fondunun Hacı Zeynalabdin Tağıyev adına konfrans zalında Azərbaycan Aydınlar Ocağının Türkiyə Anadolu Aydınlar Ocağı ilə birgə təşkil etdiyi “Qafqaz İslam Ordusu tərəfindən Bakının erməni bolşevik işğalından azad edilməsinin 100 illik yubileyi”nə həsr olunmuş elmi praktiki konfrans keçirilib. Konfransda millət vəkilləri Qənirə Paşayeva, Sona Əliyeva, Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim,

 Türkiyə Anadolu Aydınlar Ocağı  İcraçı katibi Prof.Dr. İbrahim Öztek, Azərbaycan Aydınlar Ocağının sədri Vüqar Qədirov, Təxris Olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli, Türkiyə Əməkli Subaylar Dərnəyinin (TESUD) İcraçı Katibi general-polkovnik Namık Kamal Çalışkan, Türkiyə Muharib Qazilər Dərnəyinin başqanı polkovnik Ahmet Kendigil, Azərbaycanın və Türkiyənin müxtəlif qeyri hökümət təşkilatlarının nümayəndələri, ictimaiyyət və media qrumlarının əməkdaşları iştirak edib. Tədbirə başlamazdan əvvəl Azərbaycan və Türkiyə Cümhuriyyətinin himni səslənib.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Aydınlar Ocağının sədri Vüqar Qədirov çıxış edərək tədbirin əhəmiyyətindən söz açıb. Qafqaz İslam Ordusunun Azərbaycan-Türkiyə münasibətlərinin tarixində əhəmiyyətli rola malik olduğunu qeyd edərək 100 il əvvəl Türk və Azərbaycan əsgərlərinin çiyin-çiyinə vuruşaraq qəhrəmanlıqlar göstərdiklərini söyləyib. Natiq Osmanlı imperiyasının ağır dövrü olmasına baxmayaraq, Azərbaycana münasibətdə öz qardaşlıq borcunu yerinə yetirdiyini, bu məqsədlə Qafqaz İslam Ordusunun yaradıldığını bildirib.

Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim çıxış edərək həmin dövürün ziddiyyətlərlə dolu  olduğu və dünyanın çalxalandığını qeyd edərək, regionda anarxiyanın hökm sürdüyünü vurğulayıb. Elə bu çətin vəziyyətdə qardaşının köməyinə yetən Qafqaz İslam Ordusunun müstəsna əhəmiyyətə malik olduğunu bildirib. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-illiyinin ölkəmizdə  dövlət səviyyəsində qeyd olunduğunu deyən cənab Tecim Qafqaz İslam Ordusunun Azərbaycan tarixində önəmli bir yerə malik olduğunu da vurğulayıb.

Millət vəkili Qənirə Paşayeva çıxış edərək bu böyük hadisə və bayramla bağlı çox sayda tədbirlər həyata keçirildiyini vurğulayıb. Bakının işğaldan azad olunması üçün türk millətinin övladları çiyin çiyinə birlikdə mücadələ edərək bizim üçün bir örnək olublar. Sözün  həqiqi mənasında qardaşlığın necə olmasını bariz nümunəsini öz canları bahasına tarixə həkk ediblər.

Daha sonra çıxış edən Millət Vəkili Sona Əliyeva da Qafqaz İslam Ordusunun keçdiyi şərəfli qəhrəmanlıq yolu haqqında danışıb. 1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından necə çətinliklərlə azad edildiyindən söz açıb. Tarix boyu Türkiyəylə Azərbaycanı bütün yönlərdə sıx dostluq, əbədi qardaşlıq münasibətlərinin birləşdirdiyini vurğulayan millət vəkili bu münasibətlərin hər zaman qorunub saxlanılması və daha möhkəm olmasını arzu edib.

Təxris Olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli bu qələbədə əvəzsiz xidmətləri olan Qafqaz İslam Ordusunun ömrü az olsa da, gördüyü işlərin min illərlə yaşayacağını bildirib.

Türkiyə Əməkli Subaylar Dərnəyinin (TESUD) İcraçı Katibi general-polkovnik Namık Kamal Çalışkan da çıxış edərək Qafqaz İslam Ordusunun bir qəhrəmanlıq və qardaşlıq səlnaməsi olduğunu qeyd edib.

Çıxışların sonunda Türkiyə Anadolu Aydınlar Ocağının  İcraçı katibi Prof. Dr İbrahim Öztek “Qafqaz İslam Ordusu tərəfindən Bakının erməni bolşevik işğalından azad edilməsinin 100 illik yubileyi”nə həsr olunmuş elmi praktiki konfransın rəsmi hissəsinə keçid alınıb. Yüksək elmi məlumatlarla zəngin olan konfransın sonunda Türkiyə Anadolu Aydınlar Ocağının  İcraçı katibi prof. dr İb­rahim Öztek Azərbaycanda olmağın sevincini yaşadığını bildirib və Azər­baycanda olduğu müddətdə buranın doğmalığını yaşadığını qeyd edib.