Xəzər Universitetində Bakının işğaldan azad olunmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Bu gün Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə keçirilən tədbirdə Xəzər universitetinin rektoru, Türkiyə və Azərbaycan elm adamları, Gəncliyə Yardım Fondunun nümayəndələri və həmçinin universitetin tələbələri iştirak edib.
Tədbirdə Prof.Dr. Hamlet İsaxanlı, Dos.Dr Cihan Özdemir və Dr. Telman Nüsrətoğlu məruzə ilə çıxış ediblər. Yurtdışı Türklər Birliyinin başqan müavini Sayit Yusuf də fəxri qonaqlar sırasında olub.
Məruzəçilər Bakının işğaldan azad edilməsinin Azərbaycan Xalq Cümhuriyyətinin sonrakı siyasi və iqtisadi həyatında, eləcə də müasir zamanda önəmini xüsusi qeyd ediblər.
Ümumiyyətlə, Qafqaz İslam Ordusunun bu qələbəsi bütün türk və islam aləmi üçün qazanılmış ən böyük qələbələrdən biri kimi qiymətləndirilib.