Bu gün Azərbaycanda işgüzar səfərdə olan Yurtdışı Türkler ve Akraba Topluluklar Başkanlığının (YTB) sədr müavini Sayit Yusuf və Yurtdışı Türkler ve Akraba Topluluklar Başkanlığının Azərbaycan üzrə koodinatoru Gürkan Polat Gəncliyə Yardım Fondunu ziyarət edib. Ziyarət əsnasında qonaqlar Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim və idarə heyəti ilə görüşüblər. Səmimi çay süfrəsi ətrafında davam edən görüşdə Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim qonaqlara Fondun xeyriyyə fəaliyyətləri haqqında geniş məlumat verib.
Cənab Tecim bildirib ki, qurulduğu gündən bu günə qədər Gəncliyə Yardım Fondu, həyata keçirdiyi humanitar yardım, təhsil və sosial fəaliyyətləri ilə iki qardaş ölkə arasındakı qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə xidmət edir.
Yurtdışı Türkler ve Akraba Topluluklar Başkanlığının (YTB) sədr müavini Sayit Yusuf da öz növbəsində fond rəhbərliyinə bu cür xeyriyyə tədbirlərini həyata keçirdiklərinə görə dərin minnətdarlığını bildirərək, fəaliyyətlərini yüksək qiymətləndirib və gələcək işlərində uğurlar arzulayıb.
Daha sonra Başkanlığının Azərbaycan üzrə koodinatoru Gürkan Polat da öz növbəsində Gəncliyə Yardım Fondunun rəhbərliyinə yüksək qonaqpərvərliyə görə dərin minnətdarlığını bildirib.
Görüşün sonunda qonaqlara Gəncliyə Yardım Fondunun xatirə hədiyyəsi və Qafqaz İslam Ordusunun 100 illiyinə həsr olunmuş rəsm hədiyyə olunub.