Bu gün Şimali Kipr Türk Respublikasının Azərbaycandakı təmsilçisi Ufuk Turganer Gəncliyə Yardım Fondunu ziyarət edib. Ziyarət əsnasında qonaq, Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim və icraçı katib Sedat Dəmir ilə görüşüb. Səmimi çay süfrəsi ətrafında davam edən görüşdə Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim qonağa Fondun xeyriyyə fəaliyyətləri haqqında geniş məlumat verib.
Ahmet Tecim bildirib ki, qurulduğu gündən bu günə qədər Gəncliyə Yardım Fondu, həyata keçirdiyi humanitar yardım, təhsil və sosial fəaliyyətləri ilə iki qardaş ölkə arasındakı qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə xidmət edir.
Şimali Kipr Türk Respublikasının Azərbaycandakı təmsilçisi Ufuk Turganer də öz növbəsində fond rəhbərliyinə bu cür xeyriyyə tədbirlərini həyata keçirdiklərinə görə dərin minnətdarlığını bildirərək, fəaliyyətlərini yüksək qiymətləndirib və gələcək işlərində uğurlar arzulayıb.
Görüşün sonunda qonağa Gəncliyə Yardım Fondunun xatirə hədiyyəsi təqdim edilib.