Sosial Fəaliyyətlər ‎“100 İllik Əmanət” Layihəsi Uğurla Davam Edir

‎“100 İllik Əmanət” Layihəsi Uğurla Davam Edir

13

Qardaşlıq Dastanı və Nuru Paşa Kitabı Şagirdlərə Təqdim Edildi.

Gəncliyə Yardım Fondunun təşkilatçılığı ilə həyata keçirilən, “100 İllik Əmanət” layihəsi çərçivəsində Bakıda yerləşən orta məktəblərdə Qafqaz İslam Ordusunun 100 illiyinə həsr olunmuş maarifləndirci tədbirlərə start verilib. İlk tədbir 149 saylı Ağdam köçkün tam orta məktəbində baş tutub.  Təşkil edilən tədbirdə orta məktəbin müəllimləri və şagirdləri  iştirak edib.

Tədbiri giriş sözü ilə 149 saylı Ağdam köçkün tam orta məktəbinin direktoru Arzu Mövsümova açaraq həyata keçirilən layihənin əhəmiyyətindən bəhs edərək Gəncliyə Yardım Fondunun bu təşəbbüsünü yüksək qiymətləndirb. Yetişməkdə olan gənclərin öz tarixlərini daha dərindən öyrənməsinin və gələcəkdə öz milli kimliyinin sahib çıxmasının zəruri olduğunu qeyd edib.

Daha sonra söz uşaq ədəbiyyatı yazarı və eyni zamanda Qardaşlıq Dastanı və Nuru Paşa kitabının müəllifi Əziz Sultanova verirlib. Əziz Sultanov öz çıxışında şagirdlərə yüz il öncə yaşanmış qardaşlıq dastanından və Nuru Paşanın şücaətindən danışıb. Natiq öz çıxışında gənclərə tarixi həqiqətləri çatdırıb, onlara tarixi keçmişimizi yaxşı öyrənərək gələcəyə mətin addımlarla yürüməyi tövsiyə edib.

Tədbirin sonunda şagirdlərə Gəncliyə Yardım Fondu tərəfindən hazırlanmış Qardaşlıq Dastanı və Nuru Paşa kitabı, Qafqaz İslam Ordusu Xilasgar Ordu not dəftəri və qələm hədiyyə edilib.