Bu gün Azərbaycanda səfərdə olan Türkiyə Cümhuriyyətindən gəlmiş Rize/Ardeşen Bələdiyyəsinin sədri Hakan Gültekinin rəhbərlik etdiyi nümayəndə heyəti Gəncliyə Yardım Fondunun qonağı olub. Qonaqlar Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim və idarə heyəti ilə görüşüblər. Səmimi çay süfrəsi ətrafında davam edən görüşdə Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim qonaqlara Fondun xeyriyyə fəaliyyətləri haqqında geniş məlumat verib.
Cənab Tecim bildirib ki, qurulduğu gündən bu günə qədər Gəncliyə Yardım Fondu, həyata keçirdiyi humanitar yardım, təhsil və sosial fəaliyyətləri ilə iki qardaş ölkə arasındakı qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə xidmət edir.
Ardeşen Bələdiyyəsinin sədri Hakan Gültekin də öz növbəsində fond rəhbərliyinə bu cür xeyriyyə tədbirlərini həyata keçirdiklərinə görə dərin minnətdarlığını bildirərək, fəaliyyətlərini yüksək qiymətləndirib və gələcək işlərində uğurlar arzulayıb.
Görüşün sonunda qonaqlara Gəncliyə Yardım Fondunun xatirə hədiyyəsi təqdim edilib.