“100 İllik Əmanət” Layihəsi Uğurla Davam Edir.
Gəncliyə Yardım Fondunun təşkilatçılığı ilə həyata keçirilən, “100 İllik Əmanət” layihəsi çərçivəsində Bakıda yerləşən orta məktəblərdə Qafqaz İslam Ordusunun 100 illiyinə həsr olunmuş maarifləndirci tədbirlər davam edir. Bu dəfəki maarifləndirici tədbir Bakı Türk Anadolu Liseyində baş tutub.
Tədbirdə liseyin müəllim və şagird heyəti iştirak edib. Uşaq ədəbiyyatı yazarı və eyni zamanda Qardaşlıq Dastanı və Nuru Paşa kitabının müəllifi Əziz Sultanov şagirdlər qarşısında çışıx edərək şagirdlərə yüz il öncə yaşanmış qardaşlıq dastanından və Nuru Paşanın şücaətindən danışıb. Natiq öz çıxışında gənclərə tarixi həqiqətləri çatdırıb, onlara tarixi keçmişimizi yaxşı öyrənərək gələcəyə mətin addımlarla yürüməyi tövsiyə edib.
Lisey rəhbərliyi həyata keçirilən layihənin əhəmiyyətindən bəhs edərək Gəncliyə Yardım Fondunun bu təşəbbüsünü yüksək qiymətləndirb. Yetişməkdə olan gənclərin öz tarixlərini daha dərindən öyrənməsinin və gələcəkdə öz milli kimliyinin sahib çıxmasının zəruri olduğunu qeyd edib.
Tədbirin sonunda şagirdlərə Gəncliyə Yardım Fondu tərəfindən hazırlanmış Qardaşlıq Dastanı və Nuru Paşa kitabı, Qafqaz İslam Ordusu Xilasgar Ordu not dəftəri və qələm hədiyyə edilib.
Qeyd edək ki, “100 İllik Əmanət” layihəsi çərçivəsində 149 saylı Ağdam köçkün məktəbində də bu tipli maarifləndirici seminarlar keçirilmişdir.