Bu gün Gənclər Təşkilatları Milli Şurasının növbəti məlumat turu Türkiyə Cumhuriyyətinin Bakı Böyükelçiliyində baş tutub. Məlumat turunda Milli Şuranın katibliyi və üzvü olan gənclər təşkilatlarının nümayəndələri iştirak edib. Məlumat turunda Gəncliyə Yardım Fondunun əməkdaşı Şükür Əndəlifov da iştirak edib.
Məlumat turunda səfirliyin iş strukturu və fəaliyyət istiqamətləri ilə yaxından tanışlıq baş tutub, daha sonra iki dövlət arasındakı mövcud proqramlar haqqında ətraflı məlumat verilib. Məlumat turu çərçivəsində iştirakçılar üçün xüsusi olaraq Türkiyənin Azərbaycandakı səfrinin birinci müavini Volkan Özkiper Azərbaycan Türkiyə dostluq və qardaşlıq müasibətlərinin tarixi kökləri və müasir dövrdə yüksək səvəyyəli inkişafı barədə danışıb.
Daha sonra gənclər təşkilatlarının rəhbərləri və nümayəndələrinin çıxışları və diskusiyaları müzakirə olunub. Görülən işlər və qarşıda duran prioritet məslələr haqqında fikir mübadiləsi edilib.
Xatırladaq ki, Milli Şuranın məlumat turlarını keçirməsində məqsədi Azərbaycan Respublikasının prioritetlərinə müvafiq olaraq gənclər təşkilatlarının rəhbərləri və fəallarının tarixi, mədəniyyət, incəsənət obyektləri, innovativ və müasir infastruktur vahidləri ilə tanışlığının və məlumatlılığının artırılmasından ibarətdir. Bugünədək Milli Şuranın təşkilatçılığı ilə “Dövlət Bayrağı Meydanı Kompleks İdarəsi”,“Quba Soyqırım Memorial Kompleksi”, “Sağlam Ailə” klinikası, Azərbaycan Diplomatik Akademiyası (ADA), Xalça Muzeyi, Binəqədi rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Milli Məclisi, 5 saylı Bakı “ASAN xidmət” mərkəzi, Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzi, “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti, Mərkəzi Seçki Komissiyası, YARAT Müasir İncəsənət Mərkəzi və “Təmiz Şəhər” ASC-nin Bərk Məişət Tullantılarının Yandırılması və Çeşidlənməsi zavodları, Azərbaycan Respublikası Vergilər Nazirliyi, Dövlət Neft Şirkəti (SOCAR),“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti, Mədəniyyət və Turizm Nazirliyi, “Azərbaycan Dəmir Yolları” QSC, İqtisadiyyat Nazirliyi, Dövlət Neft Fonduna, Bakı Neft Emalı Zavodu, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat turları təşkil olunub.