01.12.2018-ci il tarixində Gəncliyə Yardım Fondunun nümayəndə heyəti Goranboy rayonunda I qrup əlilliyi olan Həsənov Ramin Müharib oğlunu ziyarət edib.
Ziyarət zamanı sağlamlıq imkanı məhdud olan Həsənov Ramin Müharib oğluna əlil arabası təqdim edilib. Məlum olub ki, Ramin əil arabası olmadığına görə istədiyi yerə getməkdə çətinlik çəkir. Özünün dediyinə görə Fond tərəfindən ona təqdim edilən əlil rabası onun həyatında yeni səhifə açıb. Təqdimetmə zamanı Gəncliyə Yardım Fondunun nümayəndələri iştirak edib. Ailəyə fondun xeyriyyə fəaliyyətləri haqqında qısa məlumat verilib.
Ailə üzvləri də öz növbəsində Gəncliyə Yardım Fondunun onlara göstərdiyi diqqət və qayğıya görə minnətdarlıq bildirib.
Qeyd edək ki, il ərzində Gəncliyə Yardım Fonduna ehtiyac sahibi ailələr tərəfindən edilən müraciətlərə operativ şəkildə baxılır və xüsusi nəzarət-təftiş komissiyasının rəyindən sonra ailələrə imkan daxilində yardımlar göstərilir.