Sosial Fəaliyyətlər “Xocalı Faciəsini Unutma!”dı

“Xocalı Faciəsini Unutma!”dı

8

Bu gün Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun təşkilatçılığı ilə  Xocalı Soyqrırımının XXVII il dönümünə həsr olunmuş “Xocalını Soyqırımını Unutma” mövzusunda keçirilən inşa yazı müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib.

Tədbirdə Xocalı faciəsini əks etdirən foto sərgi təşkil edilib,

Tədbirdə Türkiyə Cümhuriyyəti Bakı Böyükelçiliyinin Din İşləri Müşaviri Prof.Dr. Kamil Günəş, səfirliyin təhsil müşaviri Mahmut Ağırman,  Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim, Millət vəkilləri, Fazil Mustafa,  Sona Əliyeva, Xocalı Soyqırımını Tanıtma İctimai Birliyinin Qadınlar Şurasının sədri Ayna Allahyarqızı, Kütləvi İnformasiya Vasitələrinin Nümayəndələri, QHT sədirləri və digər ictimaiyyət nümayəndələri iştirak edib.

Vətənimizin azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni və Türkiyə Cumhuriyyətinin İstiqlal marşı səsləndirilib. Daha  sonar tədbir iştirakçılarına Xocalı faciəsini əks etdirən vidio rolik təqdim edilib.

Tədbirdə açılış nitqi ilə çıxış edən Gəncliyə Yardım Fondunun Prezidenti Ahmet Tecim Xocalıda yaşanan hadisələrin qəbuledilməz olduğunu bunun dünya ictimaiyyətinə çatdırılmasının vacib olduğunu vurğulayıb. Tariximizin soyqırım səhifəsi olan Xocalı faciəsinin bütün həqiqətlərini olduğu kimi gənc nəsillərə çatdırmağın mühüm məsələ olduğunu qeyd edib,  Azərbaycan və Türkiyə qardaşlığının əbədi olduğundan söz açıb

Türkiyənin Cühuriyyəti Bakı Böyükelçiliyinin Din İşləri Müşaviri Prof.Dr.Kamil Günəş öz çıxışında tarix boyu davam edən erməni vandalizmini pisləyib və Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu  qeyd edərək Azərbaycan-Türkiyə dostluğu və qardaşlığının dərin tarixi köklər, ortaq milli-mənəvi dəyərlər ilə bir-birinə sıx bağlı olduğunu vurğulayıb.

Millət Vəkili Fazil Mustafa da “Xocalı Faciəsi Azərbaycan xalqının başına gətirilən ən böyük faciələrdən biridir”. deyib. O qeyd edib ki, bu gün mənfur düşmənlərimizlə mübarizənin ən yaxşı yolu savadlı gəncliyin yetişməsidir.

Şimali Kipir Türk Respublikasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Ufuk Turganer öz çıxışında gənclərə tarixlərini unutmamağı, davamlı olaraq öz üzərilərində çalışıb düşmən üzərində qalibiyyət qazanmağı tövsiyə edib və şəhidlərimizə Allahdan rəhmət diləyib.

Millət vəkili Sona Əliyev da Xocalı soyqırımın unudulmaz olduğunu qeyd edərək, bu cür tədbirlərin həyata keçirilməsinin hər zaman tərafdarı olduğunu və gələcək nəsillərə də bu hadisənin unudulmamasının vacibliyindən söz açıb.

Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin sədri Hüseyin Büyükfrat erməni millətçilərinin anti-Azərbaycan təbliğatına, məkirli siyasətinə qarşı ayıq-sayıq olmaq üçün təbliğin gücləndirilməsinin vacibliyini qeyd edib.

Xocalı sakinləri adından çıxış edən çıxış edən Xocalı Soyqırımını Tanıtma İctimai Birliyinin Qadınlar Şurasının sədri Ayna Allahyarqızı o gecə yaşanan hadisələrdən, erməni qəsbkarlarının Xocalı sakinlərinə qarşı edikləri vəhşiliklərdən danışıb.

Ehtiyatda olan zabitlər adından çıxış edən polkovnik Hikmət Ağayev də erməni hərbçilərinin həqiqqətdə qorxaq olduğundan və o günlərdə rus ordulaarının erməni qoşunlarına köməyindən danışıb.

Tədbirdə çıxış edən Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov Azərbaycan xalqının tarix boyu erməni millətçilərinin  davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmasından söz açaraq, Azərbaycan gəncliyinin milli vətənpərvərlik ruhda yetişən, öz haqq səslərinin dünya ictimaiyyətinə çatdırmağın zəruriliyindən danışıb.

Qeyd edək ki, tədbirin məqsədi Azərbaycan xalqının tarixi boyu erməni millətçilərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalması, öz tarixi topraqlarından qovulmasından, qaçqına və məcburi köçkünə çevrilməsini və bütün bunların ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunmasını, tariximizin soyqırım səhifəsi olan Xocalı faciəsinin bütün həqiqətlərini olduğu kimi gənc nəsillərə çatdırmaq,  ərazi iddialarını əsaslandırmaq üçün davamlı olaraq yeni-yeni əsassız tezislər uyduran erməni millətçilərinin anti-Azərbaycan təbliğatına, məkrli siyasətinə, ideoloji təxribatlarına qarşı ayıq-sayıq olmasının orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında təbliğini gücləndirməkdən ibarətdir.

Tədbirin sonunda “Xocalı Soyqırımını Unutma” mövzusunda keçirilən inşa yazı müsabiqəsinin qalibləri Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Gəncliyə Yardım Fondu tərəfindən müvafiq dərəcəli diplomlar və pul mükafatları ilə təltif olunub.

“Xocalı Soyqırımını Unutma” mövzusunda keçirilən inşa yazı müsabiqəsinin qalibləri aşağıdakılardır.

I yer –   Ləman Mansurova – Xətai rayon Humanitar Fənlər Liseyi

II yer –  Fidan Rəcəbli – Sabunçu rayon 198 saylı orta məktəb

II yer – Firuzə Quliyeva – Yasamal rayon 20 saylı orta məktəb