Bugün Türk İşbirliği və Koordinasiya Agentliyi (TİKA) və Gəncliyə Yardım Fondunun Bakı Gənclik Akademiyası layihəsi çərçivəsində Bakı şəhər Yunus Emre İnstutunun Direktoru Dos.Dr. Cihan Özdemirin “Arzulağımız Gənclik” adlı seminarı baş tutub.
Tədbirdə TİKA Bakı koardinatoru Teoman Tiryaki, Gəncliyə Yardım Fondunun Prezidenti Ahmet Tecim, fondun müəllim heyəti və Bakı Gənlik Akademiyasının tələbələri iştirak ediblər.
Bakı İstedadlı Gənclər Akademiyasının koordinatoru Şükür Əndəlifov seminarı açıq elan edərək tələbələrə qonaq haqqında məlumat verib.
Daha sonra Cihan Özdemir gənclərlə söhbətdə dövrün arzulanılan gənclik modeli haqqında danışıb. Tələbələrə gələcəyin ziyslısı deyən Cihan Özdemir ziyalı olmağın yollarının tarixini, milli mənsubiyyətini, vətəninə qarşı olan məsuliyyətini başa düşməkdən keçdiyini bildirib. Ziyalının yetişməsi üçün birinci növbədə onun zehni funksiyasını inkişaf etdirəcək yolu, yəni kitab oxumağı ziyalının ən asas funkiyası kimi qiymətləndirib. Bununla bərabər ziyalının bir digər əsas funksiyasının gözəl axlaq, qəlb təmizliyi olduğunu söyləyib. Hər bir qəlbin insanın güzgüsü olduğunu söyləyən Cihan Özdemir sonda tələbələrin suallarını cavablandırıb və xatirə şəkli çəkdirib.