Gəncliyə Yardım Fondunun rəhbərliyi Azərbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyası İşlətmə Fakultəsinin dekanı Prof. Dr. Hayati Beşirli ilə görüşüb. Görüşdə Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim və idarə heyətinin nümayəndələri iştirak edib. Fakultə dekanı Prof. Dr. Hayati Beşirli qonaqlara Azərbaycanda həyata keçirilən uğurlu təhsil fəaliyyətləri haqqında geniş məlumat verib. Daha sonra qarşıda duran layihələr və onların icraat mexanizmləri haqqında fikir mübadiləsi aparılıb.
Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim də öz növbəsində təhsil müəssisəsinin fəaliyyətlərini yüksək qiymətləndirib, Azərbaycan gəncliyinin vətənə, millətə faydalı bir şəxsiyyət kimi yetişməsində uğurlu layihələr həyata keçirdiklərinə görə dərin minnətdarlığını bildirərək, fəaliyyətlərini yüksək qiymətləndirib və gələcək işlərində uğurlar arzulayıb.
Görüşün sonunda qonaqlarla xatirə fotoları çəkilib.