Təhsil Fəaliyyətləri “Radikalizmin Qurbanı Olma!” Layihəsi Uğurla Başa Çatdı

“Radikalizmin Qurbanı Olma!” Layihəsi Uğurla Başa Çatdı

2

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maddi dəstəyi ilə Gəncliyə Yardım Fondunun həyata keçirdiyi “Radikalizmin Qurbanı Olma!” layihəsinin icrası uğurla davam edir. Layihənin  davamı olaraq Bakı Şəhəri 309 nömrəli tam orta məktəbin yuxarı sinif şagirdlərinə maarifləndirmə seminarı keçirilib. Təşkil edilən seminarda məktəbin müəllim heyəti və şagirdləri iştirak edib.

Son dövrlərdə bütün dünyada aktual mövzulardan olan və milyonlarla insanın qurbanına çevrildiyi radikalizmin cəmiyyətə və vətəndaşlara vurduğu zərərləri haqqında tələbələrə geniş məlumat verilib. Mövzu haqqında danışan Nurlan Məmmədzadə  dünyanı cənginə almış radikalizmin bəzi din düşmənçiliyi edən qüvvələr qərəfindən İslam dininin bir predmenti kimi təqdim edilməsinin də yol verilməz olduğunu qeyd edib.  Natiq öz çıxışında onu da vurğulayıb ki, din insanlara davamlı olaraq sevgini, mərhəməti və tolerantlığı aşıladığı halda radikalizm başqalarına qarşı nifrəti və qərəzliliyi təlqin edir. O eyni zamanda bu mövzularda doğru qaynaqlardan maariflənməyin də zəruri olduğunu qeyd edib.

Seminarlar təhsil müəssiəslərinin rəhbərliyi tərəfindən təyin  edilmiş tələbə və şagirdlərə mövzunun  mütəxəssisləri tərəfindən keçirilir. Əvvəlcədən layihənin məqsəd və tələblərinə uyğun olaraq müəyyənləşdirilmiş mövzular seminar iştirakçılarına təqdim edilir.

Qeyd edək ki, Gəncliyə Yardım Fondunun layihəsi çərçivəsində Bakı, Sumqayıq, Şəki və Zaqatala bölgələrində yeniyetmə və gənclərdə radikalizimdən uzaq dini maarifləndirmənin, milli şüurun, vətən sevgisinin, milli kimlik və dövlətçilik anlayışının formalaşması, vətən və dövlət qarşısında məsuliyyət hisslərinin artırılması, milli-mənəvi dəyərlərə hörmətlə yanaşmaq, ölkədəki tolerantlıq mühitinin qorunub-saxlanılması istiqamətində maarifləndirici işlər görmək və əxlaqi dəyərlərin əhəmiyyəti istiqamətində orta məktəblərdə təlimlər verilib və minlərlə yeniyetmə və gənclər həmin təlimlərdə iştirak edib.