Gəncliyə Yardım Fondunun konfrans zalında Aziz Mahmut Hüdayi Vəqfinin dəstəyi ilə fond tərəfindən təşkil olunmuş şəhid və qazi ailələrinə iftar süfrəsi açılıb. İftar programında şəhid ailələri ilə birlikdə tələbələr və imkansız ailələr də iştirak edib. Program Müqəddəs Qurani-Kərimdən ayələrin tilavəti ilə başlayıb. Gəncliyə Yardım Fondunun Prezidenti Ahmet Tecim mübarək Ramazan ayında belə bir iftar süfrəsi ətrafında olduğu üçün öz məmnunluğunu bildirib və tezlkilə işğal altında olan Qarabağ torpaqlarında iftar süfrələrinin açılmasını Uca Allahdan təmənni edib.
Tədbirdə çıxış edən Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli Gəncliyə Yardım Fondunun hər zaman şəhid ailələrinə diqqət və qayğısından söz açaraq, bu kimi fəaliyyətlərini davamlı olduğunu vurğulayaraq yüksək qiymətləndirdiyi bildirib. Daha sonra çıxış edən General-mayor İsgəndər Allahverdiyev də qonaqlara qardaşlıq və yardımlaşma duyğularından danışaraq fond rəhbərliyinə belə iftar süfrələrini təşkil etdiyinə görə öz minnətdarlığını bildirib. O həmçinin öz çıxışında Qarabağ torpaqlarında canlarını fəda etmiş igid, mərd övladlar yetişdiklərinə görə şəhid analarına təşəkkürünü bildirib.
Tədbirin sonunda Gəncliyə Yardım Fondu tərəfindən şəhid ailələrinə ərzaq paketləri paylanıb.