Təhsil Fəaliyyətləri ADPU-da Tələbələrə “Radikalizmin Qurbanı Olma!” Adlı Seminar Keçirilib

ADPU-da Tələbələrə “Radikalizmin Qurbanı Olma!” Adlı Seminar Keçirilib

3

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maddi dəstəyi ilə Gəncliyə Yardım Fondunun həyata keçirdiyi “Radikalizmin Qurbanı Olma!” layihəsinin icrası uğurla davam edir. Layihənin  davamı olaraq Azərbaycan Dövlət Pedoqoji  Universitetinin tələbələrinə  maarifləndirmə seminarı keçirilib. Təşkil edilən seminarda universitetin müəllim heyəti və tələbələri  iştirak edib.

Son dövrlərdə bütün dünyada aktual mövzulardan olan və milyonlarla insanın qurbanına çevrildiyi radikalizmin cəmiyyətə və vətəndaşlara vurduğu zərərləri haqqında tələbələrə geniş məlumat verilib. Mövzu haqqında danışan i.f.d. Rüfət Şirinov  dünyanı cənginə almış radikalizmin bəzi din düşmənçiliyi edən qüvvələr qərəfindən İslam dininin bir predmenti kimi təqdim edilməsinin də yol verilməz olduğunu qeyd edib.  Natiq öz çıxışında onu da vurğulayıb ki, din insanlara davamlı olaraq sevgini, mərhəməti və tolerantlığı aşıladığı halda radikalizm başqalarına qarşı nifrəti və qərəzliliyi təlqin edir. O eyni zamanda bu mövzularda doğru qaynaqlardan maariflənməyin də zəruri olduğunu qeyd edib.

Seminarlar təhsil müəssiəslərinin rəhbərliyi tərəfindən təyin  edilmiş tələbə və şagirdlərə mövzunun  mütəxəssisləri tərəfindən keçirilir. Əvvəlcədən layihənin məqsəd və tələblərinə uyğun olaraq müəyyənləşdirilmiş mövzular seminar iştirakçılarına təqdim edilir.

Qeyd edək ki, Gəncliyə Yardım Fondu layihə çərçivəsində Bakı, Sumqayıq, Şəki və Zaqatala bölgələrində yeniyetmə və gənclərdə radikalizimdən uzaq dini maarifləndirmənin, milli şüurun, vətən sevgisinin, milli kimlik və dövlətçilik anlayışının formalaşması, vətən və dövlət qarşısında məsuliyyət hisslərinin artırılması, milli-mənəvi dəyərlərə hörmətlə yanaşmaq, ölkədəki tolerantlıq mühitinin qorunub-saxlanılması istiqamətində maarifləndirici işlər görmək və əxlaqi dəyərlərin əhəmiyyəti istiqamətində orta məktəblərdə təlimlərə davam edir.