İnsani Yardım GYF Ramazan Ayında Daha Bir Ailəni Sevindirdi

GYF Ramazan Ayında Daha Bir Ailəni Sevindirdi

3

Gəncliyə Yardım Fondunun nümayəndə heyəti  Sumqayıt şəhərində məcburi köçkün həyatı yaşayan və I qrup əlillliyi olan Şuşa şəhər sakini  Həsənova Kamilə Bahadur qızını  yaşadığı ünvanda ziyarət edib.‎

Ziyarət zamanı sağlamlıq imkanı məhdud  olan Həsənova Kamilə Bahadur qızına əlil  arabası  təqdim edilib. ‎Məlum olub ki, Kamilə xanımın bədən hərkətləri demək olar ki, tamamilə məhdud olduğuna görə əlil arabası olmadan bir yerə hərək etməyə çətinlik çəkir. Ailəsinin ‎dediyinə görə Fond tərəfindən ona təqdim edilən əlil rabası onun həyatında yeni səhifə açıb. Təqdimetmə ‎zamanı Gəncliyə Yardım Fondunun nümayəndələri iştirak edib. Ailəyə fondun xeyriyyə fəaliyyətləri ‎haqqında qısa məlumat verilib.‎

Ailə üzvləri də  öz növbəsində Gəncliyə Yardım Fondunun onlara göstərdiyi diqqət və qayğıya görə ‎minnətdarlıq bildirib.‎

Qeyd edək ki, il ərzində Gəncliyə Yardım Fonduna ehtiyac sahibi ailələr tərəfindən edilən müraciətlərə ‎operativ şəkildə baxılır və xüsusi nəzarət-təftiş komissiyasının rəyindən sonra ailələrə imkan daxilində ‎yardımlar göstərilir.‎