İnsani Yardım Azyaşlı Zamana Zamanında Yardım Əlini Uzatdı

Azyaşlı Zamana Zamanında Yardım Əlini Uzatdı

10

Gəncliyə Yardım Fondunun nümayəndə heyəti  Binəqədi rayonu, Xutor qəsəbəsində yaşayan və əlillliyi olan 10 yaşlı Zamanlı Zaman Tural oğlunu  yaşadığı ünvanda ziyarət edib.‎

Ziyarət zamanı sağlamlıq imkanı məhdud  olan 10 yaşlı Zamanlı Zaman Tural oğluna motorlu  əlil  arabası  təqdim edilib. ‎Məlum olub ki, Zamanın bədən hərkətləri demək olar ki, tamamilə məhdud olduğuna görə əlil arabası olmadan bir yerə hərək etməyə çətinlik çəkir. Ailəsinin ‎dediyinə görə Fond tərəfindən ona təqdim edilən əlil rabası onun həyatında yeni səhifə açıb. Təqdimetmə ‎zamanı Gəncliyə Yardım Fondunun nümayəndələri iştirak edib. Ailəyə fondun xeyriyyə fəaliyyətləri ‎haqqında qısa məlumat verilib.‎

Ailə üzvləri də  öz növbəsində Gəncliyə Yardım Fondunun onlara göstərdiyi diqqət və qayğıya görə ‎minnətdarlıq bildirib.‎

Qeyd edək ki, il ərzində Gəncliyə Yardım Fonduna ehtiyac sahibi ailələr tərəfindən edilən müraciətlərə ‎operativ şəkildə baxılır və xüsusi nəzarət-təftiş komissiyasının rəyindən sonra ailələrə imkan daxilində ‎yardımlar göstərilir.‎