Təhsil Fəaliyyətləri Azərbaycanda Təhsil Alan Türkiyəli Tələbələr GYF-nin Rəhbərliyi İlə Görüşüb

Azərbaycanda Təhsil Alan Türkiyəli Tələbələr GYF-nin Rəhbərliyi İlə Görüşüb

8

Azərbaycanda müxtəlif universitetlərdə təhsil alan və sosial sahələrdə aktiv olan gənclər Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecimlə görüşüblər. Görüşdə fondun prezidenti Ahmet Tecim gənclərin istər təhsil, istərsə də sosial sahələrdə ortaya qoyduqları  uğurlu təşəbbüslərini yüksək qiymətləndirib. O, öz çıxışında fondun qapılarının hər zaman onların timsalında vətəninə, millətinə faydalı övlad olmaq istəyən bütün gənclərin üzünə açıq olduğunu qeyd edib.

Görüşdə iştirak edən gənclər də öz növbələrində Gəncliyə Yardım Fondunun istənilən vaxt onlara dəstək olduğunu vurğulayıb və bu kimi xeyriyyə işlərinə görə başda fondun rəhbərliyi olmaqla fondun bütün əməkdaşlarına öz təşəkkürlərini bildiriblər. Azərbyacanda müxtəlif universitetlərdə təhsil alan gənclər, tələbə gənclərə hər zaman öz dəstəyini əsirgəməyən Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecimə tələbə gənclər təşkilatları adından təşəkkürnamə təqdim ediblər.

Tələbələr daha sonra Gəncliyə Yardım Fondunun ənənəvi iftar süfrəsində iştirak edib və Bakı İstedadlı Gənclər Akademiyasının il boyu fərqlənən tələbələrinin mükafatlandırma mərasimini izləyiblər.