İnsani Yardım GYF SOS Uşaq Kəndlərində Xeyriyyə Tədbiri Keçirib

GYF SOS Uşaq Kəndlərində Xeyriyyə Tədbiri Keçirib

1

SOS Uşaq Kəndləri Gəncə Filialının ehtiyacvına uyğun olaraq Gəncliyə Yardım Fondu SOS Uşaq Kəndləri Gəncə Fillialında yaşayan 19 nəfər uşağı sünnət etdirib. 31 may tarxində baş tutan xeyriyyə tədbirindən sonra sünnət olunmuş uşaqlarla birlikdə bütün SOS uşaq kəndinin uşaqları ilə birgə mükafatlandırma mərasimi keçirilib. Tədbir çərçivəsində sünnət olunmuş hər bir uşağa Gəncliyə Yardım Fondu tərəfindən velosiped və başqa hədiyyələr təqdim edilib.

Tədbirdə SOS Uşaq Kəndləri Gəncə Fillialının müəllim və tələbə kollektivi ilə yanaşı Gəncliyə Yardım Fondunun və Türkiyə Cümhuriyyətinin  Gəncə Baş Konsolosluğunun nümayəndələri də iştirak edib.