Təhsil Fəaliyyətləri GYF-də “Türk İslam Mədəniyyətində Xeyriyyəçiliyin Əsasları” Adlı Seminar Keçirilib

GYF-də “Türk İslam Mədəniyyətində Xeyriyyəçiliyin Əsasları” Adlı Seminar Keçirilib

19

16 iyun 2019-cu il tarixində Türk İşbirliği və Koordinasiya Agentliyi (TİKA) və Gəncliyə ‎Yardım ‎Fondunun “Bakı Gənclik Akademiyası” layihəsi çərçivəsində İstanbul Sabahattin Zaim Universitetinin müəllimi Dr. Alican Tatlının “Türk İslam Mədəniyyətində Xeyriyyəçiliyin Əsasları” adlı seminarı baş tutdu. ‎Tədbirdə Gəncliyə ‎Yardım ‎Fondunun əmkdaşları və Bakı ‎Gənclik ‎Akademiyasının tələbələri iştirak etmişdir.

Bakı İstedadlı Gənclər Akademiyasının koordinatoru ‎Şükür ‎Əndəlifov ‎seminarı açıq elan edərək tələbələrə qonaq haqqında ‎məlumat ‎vermişdir.

Ev sahibi Gəncliyə ‎Yardım ‎Fondunun prezidenti Ahmet Tecim Qonağı salamlayaraq gənclərlə görüşə gəldiyi üçün təşəkkür edib. Gəncliyə ‎Yardım ‎Fondunun prezidenti Ahmet Tecim gənclərə Milli-mənəvi ruhda yetişməyin nə dərəcədə önəmli olduğunu qeyd edib. Bunun üçün onlara daha çox çalışmaq lazım olduğunu deyib.

Dr. Alican Tatlı, tarixdən günümüzə qədər gəlib gedən bir necə xeyriyyəçilər barəsində bəhs edib. Xeyriyyəçilik fərdi olduğu kimi eyni zamanda vəqflər vasitəsi ilə də həyata keçirilir. Sırf bir xeyriyyə məqsədi ilə qurulan vəqflər olduğu kimi eyni zamanda bir neçə funksiyanı yerinə yetirən vəqflərdə var. Natiq insanların xeyirlisi insanların ən çox işinə yarayanı, malların ən xeyirlisi Allah yolunda vəqf olunanı, Vəqflərin ən xeyirlisi isə ən çox ehtiyacı olanı qarşılayandır fikrini səsləndirdi. Daha sonra qonaq tələbələrin suallarını ‎cavablandırdı. 

Sonda isə Gəncliyə Yardım Fondunun hədiyyəsi Alican Tatlıya ‎təqdim edilib və xatirə şəkli çəkdirilib.