İnsani Yardım GYF İki Qardaşı Birlikdə Sevindirdi

GYF İki Qardaşı Birlikdə Sevindirdi

4

Gəncliyə Yardım Fondunun dəstəyi ilə  Xaçmaz rayonu, Taqaroba kəndində yaşayan və anadan gəlmə əlillliyi olan iki qardaş 24 yaşlı Turayev Aydın Avaz oğlu və 26 yaşlı Turayev Əziz Avaz oğlu  yaşadığı ünvanda ziyarət edilib.‎

Ziyarət zamanı sağlamlıq imkanı məhdud  olan 24 yaşlı Turayev Aydın Avaz oğlu və 26 yaşlı Turayev Əziz Avaz oğluna ehtiyaclarına uyğun olaraq  əlil  arabaları  təqdim edilib. ‎Məlum olub ki, anadangəlmə iflic olan iki qardaşın bədən hərkətləri demək olar ki, tamamilə məhdud olduğuna görə əlil arabası olmadan bir yerə hərək etmələri mümkün olmayıb. Ailəsinin ‎dediyinə görə Fond tərəfindən onlara təqdim edilən əlil arabası gənclərin həyatında yeni səhifə açıb. Təqdimetmə ‎zamanı Gəncliyə Yardım Fondunun nümayəndələri və Azərbaycanda yaşayan Ahiska Türkləri Vətən İctimai birliyi sədrinin birinci müavini Xalid Xəlilov, ATVİB-in Şimal bölgə üzrə rəhbəri Selimcan Rizmanov və başqaları iştirak edib.. Ailəyə fondun xeyriyyə fəaliyyətləri ‎haqqında qısa məlumat verilib.‎

Ailə üzvləri də  öz növbəsində Gəncliyə Yardım Fondunun onlara göstərdiyi diqqət və qayğıya görə ‎minnətdarlıq bildirib.‎

Qeyd edək ki, il ərzində Gəncliyə Yardım Fonduna ehtiyac sahibi ailələr tərəfindən edilən müraciətlərə ‎operativ şəkildə baxılır və xüsusi nəzarət-təftiş komissiyasının rəyindən sonra ailələrə imkan daxilində ‎yardımlar göstərilir.