Təhsil Fəaliyyətləri GYF-nin Yay Kurslarında Maraqlı Proqramlar Davam Edir

GYF-nin Yay Kurslarında Maraqlı Proqramlar Davam Edir

4

Gəncliyə Yardım Fondunda orta məktəb şagirdləri üçün hər il yay aylarında təşkil edilən yay düşərgələri bir-birindən maraqlı hadislələrlə yadda qalır. Belə maraqlı hadisələrdən bir də bu gün yaşanıb. Yeni nəşr edilməsinə baxmayaraq oxucular tərəfindən böyük rəğbətlə qarşılanan Az-Öz Hekayələr kitabının müəllifi Eldar Kərimov yay düşərgəsinin uşaqları ilə görüşüb. Müəllif uşaqlarla söhbətində onların intellektual səviyyələrini yoxlamaq üçün maraqlı suallar ünvanlayıb və verilən cavabları dəyərləndirib. Uşaqlara vətənə, millətə faydalı övlad olmaları üçün   savadlı və əxlaqlı olmalarını tövsiyə edib.  Daha sonra fondun təhsil şöbəsinin təşəbbüsü ilə düşərgənin böyük yaş qruplarından olan uşaqlara müəllifin imzası ilə kitablar təqdim edilib. Sonda xatirə şəkili çəkilib. 

Qeyd edək ki, yay düşərgəsində uşaqlara xarici dil və kompyuter kursları, əxlaq və dəyərlər dərsləri ilə yanaşı hər həftənin son günlərində tarixi abidələrə gəzinti proqramları təşkil edilir.    Bütün bu fəaliyyətlər uşaqlar və valideynlər tərəfindən rəğbətlə qarşılanır.