Təhsil Fəaliyyətləri GYF Uşaqları Yenə Sevindirdi

GYF Uşaqları Yenə Sevindirdi

1

Bu gün Gəncliyə Yardım Fondunda uşaq ədəbiyyatı yazarı Əziz Sultanovun uşaqlarla görüşü keçirilib. Yay düşərgəsində iştirak edən uşaqlarla görüşən yazıçı onlara maraqlı məlumatlar verib. Daha sonra uşaqlara “Hekayələrlə Hikmətlər” kitabı müəllif tərəfindən imzalanaraq hədiyyə edilib.

Qeyd edək ki, yay düşərgəsində uşaqlara xarici dil və kompyuter kursları, əxlaq və dəyərlər dərsləri ilə yanaşı hər həftənin son günlərində tarixi abidələrə gəzinti proqramları təşkil edilir. Bütün bu fəaliyyətlər uşaqlar və valideynlər tərəfindən rəğbətlə qarşılanır.