İnsani Yardım GYF-də Ehtiyac Sahibi Ailələrə Qurban Əti Paylandı

GYF-də Ehtiyac Sahibi Ailələrə Qurban Əti Paylandı

9

Məlum olduğu kimi Gəncliyə Yardım Fondu milli və mənəvi cəhətdən əlamətdar hesab olunan günlərdə xususi yardıma ehtiyacı olan insanlara yardımlar edir. Dünya müsəlmanlarının müqəddəs bayramlarından olan Qurban bayramı münasibəti ilə də fəaliyyətlərini davam etdirməktədir.

Belə ki, Gəncliyə Yardım Fondu qurban kəsmək və paylamaq fəaliyyətinə 1994-cü ildən başlamışdır. Fond o zamandan etibarən də hər il qurban bayramında qurban kəsimlərini həyata keçirərək onları ehtiyac sahiblərinə paylayır. 2019-cu ildə fond xususilə Türkiyənin Əziz Mahmud Hüdayi vəqfinin maddi köməyi ilə bu fəaliyyətlərini həyata keçirir.

GYF-nun kəsdiyi qurbanların bir hissəsi (təxminən yarısından çoxu) bir başa qaçqın şəhərciklərinə, qaçqın və məcburi köçünlərə, şəhid ailələrinə və daha çox ehtiyac sahiblərinə göndərilir. Fondun mərkəzində qurban paylarının bir qismi əvvəlcədən müəyyənləşdirilən kasıb ailələrə paylanıb. Qeyd edək ki, Gəncliyə Yardım Fondu bu paylama işini Azərbaycan Respublikasi Nazirlər Kabineti, Qaçqın və Məcburi Köçkünlərlə İş Üzrə Dövlət Komitəsi, İcra hakimiyyətlərindən bir nümayəndə ilə birgə həyata keçirir. Əvvəlcədən verilən talonlar ehtiyac sahiblərinə təqdim edilir və qurban bayramı günlərində də ətlər paylanılır.

Fondun hər il həyata keçirdiyi bu xeyriyyə fəaliyyəti eyni zamanda cəmiyyətimizdə fərdlər arasındakı paylaşma ruhunun daha da artmasına və digər təşkilatların da bu cür xeyriyyə aksiyalarına qoşulmalarına vəsilə olmuşdur. Gəncliyə Yardım Fondu bundan sonrakı fəaliyyətlərini də Azərbaycan xalqının mənafeyi naminə həyata keçirməyə davam edəcəkdir.

Qeyd: Qurbanlıq heyvanlar gigiyenik cəhətdən təmiz  məkanlarda, baytar nəzarəti altında və dini qaydalara uyğun olaraq kəsilir.