Əsas fəaliyyət sahələrindən biri təhsilə dəstək olan Gəncliyə Yardım Fondu hər il olduğu kimi bu ildə ali məktəblərə yüksək balla qəbul olunmuş tələbələri unutmadı. Xocalı məktəblərində oxuyub yüksək balla ali məktəblərə qəbuy olunmuş məktəblilər fondun təhsil şöbəsinin rəhbərliyi ilə görüşüb. Erməni Təcavüzünün Tanıdılması İctimai Birliyinin sədri yazıçı, publisist, müstəqil jurnalist Səriyyə Cəfərovanın təşkilatçılığı ilə baş tutan görüşdə Xocalı rayon icra nümayəndəsi Xəlil Vəliyev və fondun təhsil koordinatoru Rüfət Şirinov çıxış edərək gəncləri ali məktəb imtahanlarında yüksək nəticə göstərdikləri üçün təbrik edib və onlara gələcək həyatlarında uğurlar arzulayıb. Tədbirdə iştirak edən Xocalı sakinləri eyni zamanda ölkə xaricində yüksək təhsil alıb Azərbaycanda fəaliyyət göstərən İqtisad Universitetinin müəllimləri Anar İbrahimov və onun bacısı Nərmin İbrahimova də yeni tələbə adını qazanmış gənclərə öz tövsiyələrini verib və onlara uğurlar arzulayıblar.
Daha sonra qonaqlar Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecimlə görüşüb və onlara fond tərəfindən təxsis edilmiş təşəkkürnamələr eyni gün Türkiyədən gəlmiş qazilər tərəfindən təqdim edilib.