Gəncliyə Yardım Fondu, Light UP Training Platformu və Zərərli Vərdişlərə qarşı içtimai birliyinin təşkilatçılığı ilə “Asılı Olma, Azad ol!” adlı maarifləndirici keçirilib.
Tədbiri Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim çıxış sözü ilə açıq elan edərək mövzunun əhəmiyyətindən bəhs edib və qonaqlara öz təşəkkürünü bildirib.
Tədbirdə Ümumdünya Səhiyyə Təşkilatının yolxucu olmayan xəstəliklər departamentinin koordinatoru, Yaşılay Cəmiyyətinin “Elmi şura”sının üzvü Prof. Dr. Toker Ergüder və Ege Universitetinin nəzdində fəaliyyət göstərərən “Uşaq və yetişkinlərdə narkotik maddə asılılığı” mərkəzinin qurucusu Prof.Dr Hakan Coşkunol tütün məhsullarının, elektron siqaretin, o cümlədən narkotikin insan sağlamlığına vurduğu zərərin statistik nəticələr və elmi araştırmalar müstəvisində gənclərimizə izah ediblər.
Sonda tədbirdə iştirak edən gənclərə sertifikatlar təqdim olundu.