Sosial Fəaliyyətlər Gəncliyə Yardım Fondunun Əməkdaşları Xocalı Abidəsini Ziyarət Edib

Gəncliyə Yardım Fondunun Əməkdaşları Xocalı Abidəsini Ziyarət Edib

8

Bu gün  Gəncliyə Yardım Fondunun əməkdaşları paytaxtın Xətai rayonunda yerləşən Xocalı soyqırımı abidəsini ziyarət edib.

Fondun rəhbər və işçi heyəti bu dəhşətli faciənin 28-ci ildönümündə günahsız qurbanların xatirəsini bir daha anıb, ruhlarına dualar oxuyublar. Fond hər il oduğu kimi, bu ildə Xocali faciəsinin unudulmaması və bu genosidin dünya ictimaiyyətinə çatdırılması üçün orta məktəb şagirdləri arasında maarifləndirmə tədbirləri həyata keçirib və məcburi köçkün ailələrinə qida yardımları paylayıb.

Qeyd edək ki, Xocalı soyqırımı zamanı 613 nəfər öldürülüb, onlardan 106 nəfəri qadın, 63-ü azyaşlı uşaq, 70 nəfəri qocadır. 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb, onlardan 150-nin taleyi indi də məlum deyil.