İnsani Yardım GYF Ehtiyac Sahiblərini Sevindirdi

GYF Ehtiyac Sahiblərini Sevindirdi

5

Gəncliyə Yardım Fondu Bakı CP (Serebral İflic) Akademiyasının tələbinə uyğun olaraq  11 yaşlı serebral iflic Sultanlı Firuzə Şamxal qızı və serebral iflic 11 yaşlı Sadıxzadə Zəhra Sədail qızına əlil arabaları təqdim edib. Eyni zamanda fond əməkdaşları Ağdaş rayonunda yaşayan 1-ci qrup əlil , 20 yaşlı əlil Ceyhun Mahmudovu və Yevlax rayonunda yaşayan 66 yaşlı əlil Yusif Babayevi yaşadıqları ünvanda ziyarət edib onlara ehtiyac duyduqları əlil arabalarını təqdim ediblər.

Qeyd edək ki, il ərzində Gəncliyə Yardım Fonduna ehtiyac sahibi ailələr tərəfindən edilən müraciətlərə ‎operativ şəkildə baxılır və xüsusi nəzarət-təftiş komissiyasının rəyindən sonra ailələrə imkan daxilində ‎yardımlar göstərilir.