Gəncliyə Yardım Fondunun nümayəndə heyəti Yevlax Rayonunda yaşayan və əlilliyi olan Aybəniz Cəfərovanı və Qarabağ qazisi Tovuz Şəhər sakini Beybudov Telman Musa oğlunu yaşadığı ünvanda ziyarət edib. Fond əməkdaşaları hər iki ehtiyac sahibinə əvvəlcədən müraciətləri əsasında əlil arabaları təqdim edib və onların həyat şəraitləri ilə yaxından tanış olublar.
Hər iki ailənin dediyinə görə Fond tərəfindən onlara təqdim edilən əlil arabaları onların əzizlərinin həyatında yeni səhifə açıb. Ziyarət edilən ailələrə fondun xeyriyyə fəaliyyətləri haqqında qısa məlumat verilib.
Ailə üzvləri də öz növbəsində Gəncliyə Yardım Fondunun onlara göstərdiyi diqqət və qayğıya görə minnətdarlıq bildirib.
Qeyd edək ki, il ərzində Gəncliyə Yardım Fonduna ehtiyac sahibi ailələr tərəfindən edilən müraciətlərə operativ şəkildə baxılır və xüsusi nəzarət-təftiş komissiyasının rəyindən sonra ailələrə imkan daxilində yardımlar göstərilir.