İnsani Yardım GYF Onları Öz Ünvanlarında Sevindirdi

GYF Onları Öz Ünvanlarında Sevindirdi

4

Gəncliyə Yardım Fondunun nümayəndə heyəti  Yevlax Rayonunda yaşayan və əlilliyi olan Aybəniz Cəfərovanı və Qarabağ qazisi Tovuz Şəhər sakini Beybudov Telman Musa oğlunu  yaşadığı ünvanda ziyarət edib.‎ Fond əməkdaşaları hər iki ehtiyac sahibinə əvvəlcədən müraciətləri əsasında əlil arabaları təqdim edib və onların həyat şəraitləri ilə yaxından tanış olublar.

Hər iki ailənin ‎dediyinə görə Fond tərəfindən onlara təqdim edilən əlil arabaları onların əzizlərinin həyatında yeni səhifə açıb. Ziyarət edilən ailələrə fondun xeyriyyə fəaliyyətləri ‎haqqında qısa məlumat verilib.‎

Ailə üzvləri də  öz növbəsində Gəncliyə Yardım Fondunun onlara göstərdiyi diqqət və qayğıya görə ‎minnətdarlıq bildirib.‎

Qeyd edək ki, il ərzində Gəncliyə Yardım Fonduna ehtiyac sahibi ailələr tərəfindən edilən müraciətlərə ‎operativ şəkildə baxılır və xüsusi nəzarət-təftiş komissiyasının rəyindən sonra ailələrə imkan daxilində ‎yardımlar göstərilir.