İnsani Yardım Gəncliyə Yardım Fondu Ehtiyac Sahibi Yaşlı İnsanlara Yardım Edib

Gəncliyə Yardım Fondu Ehtiyac Sahibi Yaşlı İnsanlara Yardım Edib

5

Gəncliyə Yardım Fondu “Biz Birlikdə Güclüyük” şüarı altında Bakı şəhərində yaşayan 65 yaşından yuxarı ehtiyac sahibi böyüklərimizə qida paketi və təmizlik ləvazimatları paylayıb.

Dünyada yayılmış koronavirus (COVID-19) infeksiyasının ölkəmizdə yayılmasının qarşısınının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən martın 24-dən aprelin 20-dək ölkədə xüsusi karantin rejimi elan edildikdən sonra bu tədbirlər çərçivəsində 65 yaşdan yuxarı şəxslərin evdən çıxması qadağan olunduğu üçün Gəncliyə Yardım Fondu Bakı şəhərində tənha yaşayan sakinlərə yardımlar edib.

Xüsusi karantin rejimi dövründə yaşı 65-dən yuxarı olan və tənha yaşayan vətəndaşlara müxtəlif ərzaq məhsulları və təmizlik ləvazimatları çatdırılıb.

Qeyd edək ki, Gəncliyə Yardım Fondu özünün nizamnaməsinə uyğun olaraq yarandığı gündən həyata keçirdiyi xeyirxahlıq missiyasını bu həssas və taleyüklü günlərdə də davam etdirir, sosial müdafiəyə ehtiyacı olan şəxslərin, aztəminatlı ailələrin və tənhaların problemlərinin həlli üçün əlindən gələni edir.