İnsani Yardım 2000 Ehtiyac Sahibi Ailəyə Ərzaq Yardımı Paylanıb

2000 Ehtiyac Sahibi Ailəyə Ərzaq Yardımı Paylanıb

4

Gəncliyə Yardım Fondu Türk İşbirliyi və Koordinasiya Agentliyinin (TİKA) təşkilatçılığı ilə baş tutan 2000 ehtiyac sahibi ailəyə yardım kampaniyasında yaxından iştirak edib. 

Türk İşbirliyi və Koordinasiya Agentliyi (TİKA), Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Gəncliyə Yardım Fondu (GYF) ilə birlikdə dünyada yayılmış koronavirus (COVID-19) infeksiyasının ölkəmizdə yayılmasının qarşısınının alınması məqsədilə yaradılan karantin günlərində 2000 ehtiyac sahibi ailəyə qida yardımı və təmizlik ləvazimatları paylayıb. Yardım kampaniyası çərçivəsində 65 yaşdan yuxarı şəxslərin evdən çıxması qadağan olunduğu üçün yardımlar ünvanlara çatdırılıb.

Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim çətin günlərdə hər zaman iki qardaş dövlətin bir-birinə yardım etdiyini və bu fəaliyyələtin qardaşlığımızın möhkəmlənməsinə töhfə verdiyini qeyd edib. O, son günlər bütün dünyanın mübarizə apardığı koronavirus (COVID-19) infeksiyasının yaratdığı çətinliklərdən də birlikdə mübarizə apararaq çıxacağımıza inandığını deyib. TİKA tərəfindən həyata keçirilən bu xeyriyyə fəaliyyətinin də  fondun bu günlərdə “Biz Birlikdə Güclüyük” devizi altında həyata keçirdiyi yardım kampaniyasının davamı olaraq gördüyünü bildirib. 

TİKA Bakı Koordinatoru Teoman Tiryaki də bu günlərdə birilikdə olmağımızın və bir-birimizə öz dəstəyimizi göstərməyin zəruriliyini vurğulayıb. Ehtiyac sahibi insanlar özlərini yalnız hiss etməməli, onlara hər zaman diqqət və qayğının olduğuna əmin olmalıdırlar. Teoman Tiryaki ərzaq yardımı və təmizlik ləvazimatlarının vaxtında və operativ ehtiyac sahibi insanlara çatdırılması üçün Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Gəncliyə Yardım Fondu (GYF) ilə birlikdə əməkdaşlıq etdiklərini də qeyd edib. 

Qeyd edək ki, Gəncliyə Yardım Fondu özünün nizamnaməsinə uyğun olaraq yarandığı gündən həyata keçirdiyi xeyirxahlıq missiyasını bu həssas və taleyüklü günlərdə də davam etdirir, sosial müdafiəyə ehtiyacı olan şəxslərin, aztəminatlı ailələrin və tənhaların problemlərinin həlli üçün əlindən gələni edir.