İnsani Yardım GYF Aziz Mahmud Hüdayi Vəqfi ilə Birlikdə 1000-dən Artıq Ailəyə Ramazan Sovqatı...

GYF Aziz Mahmud Hüdayi Vəqfi ilə Birlikdə 1000-dən Artıq Ailəyə Ramazan Sovqatı Paylayıb

8

Gəncliyə Yardım Fondu Türkiyənin Aziz Mahmud Hüdayi Vəqfinin dəstəyi ilə mübarək Ramazan ayının başlaması və korona virusun səbəb olduğu karantin günlərində 65 yaşından yuxarı ehtiyac sahibi ailələrə qıda paketi yardımları etməyə davam edir.

 Əvvəlcədən fonda müraciət edən ailələr müəyyən edildikdən sonra qida paketləri fondun əməkdaşları tərəfindən ehtiyac sahibi ailələrə yaşadıqları ünvanlarda təqdim edilib. 

Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim çətin günlərdə hər zaman iki qardaş dövlətin bir-birinə yardım etdiyini və bu fəaliyyələtin qardaşlığımızın möhkəmlənməsinə töhfə verdiyini qeyd edib. O, son günlər bütün dünyanın mübarizə apardığı koronavirus (COVID-19) infeksiyasının yaratdığı çətinliklərdən də mübarək Ramazan ayında birlikdə mübarizə apararaq çıxacağımıza və bayramı birlikdə yaşayacağımıza inandığını deyib. Gəncliyə Yardım Fondunun layihə tərafdarı olan Türkiyənin Aziz Mahmud Hüdayi Vəqfi tərəfindən həyata keçirilən bu xeyriyyə fəaliyyətinin də  fondun bu günlərdə “Biz Birlikdə Güclüyük” devizi altında həyata keçirdiyi yardım kampaniyasına bir dəstək olduğunu qeyd edib.

Qeyd edək ki, 1000 Ailəyə paylanması nəzərdə tutulan qida paketlərinin 500 ədədi respublikanın müxtəlif rayonlarında digər hissəsi isə Bakı-Abşerov-Sumqayıt ıərazilərində paylanacaq. Bundan başqa Gəncliyə Yardım Fondu özünün nizamnaməsinə uyğun olaraq yarandığı gündən həyata keçirdiyi xeyirxahlıq missiyasını bu həssas və taleyüklü günlərdə də davam etdirir, sosial müdafiəyə ehtiyacı olan şəxslərin, aztəminatlı ailələrin və tənhaların problemlərinin həlli üçün əlindən gələni edir.