İnsani Yardım GYF Sərhəd Bölgəsindəki İnsanlarımızı Unutmadı

GYF Sərhəd Bölgəsindəki İnsanlarımızı Unutmadı

4


Gəncliyə Yardım Fondu Tərtər rayonunda düşmənlə sərhəd ərazilərdə  yaşayan 500 ailəyə qida yardımı paylayıb. Fondun əməkdaşları ehtiyac sahibi ailələrin mənzillərini ziyarət edib və onlara Ramazan sovqatları çatdırıb.

 Rayon icra nümayəndələrinin iştirakı ilə birlikdə baş tutan xeyriyyə fəaliyyətini yerli əhali yüksək qiymətləndirib və dövlət rəhbərliyinin hər zaman onları düşündüyünü qeyd ediblər. Onlar eyni zamanda Gəncliyə Yardım Fonduna da bu mübarək günlərdə onları unutmadıqları üçün öz təşəkkürlərini bildiriblər. 

Qeyd edək ki, Gəncliyə Yardım Fondu COVID-19 pandemiyası səbəbilə dövlətimizdə yaranan karantin günlərində vaxt aşırı olaraq 65 yaş üzərində olan ehtiyac sahibi ailələrin ünvanlarını ziyarət etmiş və onları zəruri qida ehtiyacları ilə təmin etmişdir. Bundan başqa Gəncliyə Yardım Fondu özünün nizamnaməsinə uyğun olaraq yarandığı gündən həyata keçirdiyi xeyirxahlıq missiyasını bu həssas və taleyüklü günlərdə də davam etdirir, sosial müdafiəyə ehtiyacı olan şəxslərin, aztəminatlı ailələrin və tənhaların problemlərinin həlli üçün əlindən gələni edir.