Mətbuatda Gəncliyə Yardım Fondu (GYF) Bəyanat Yayıb

Gəncliyə Yardım Fondu (GYF) Bəyanat Yayıb

10

27 sentyabr Ermənistan silahlı qüvvələri iriçaplı silah, minaatan və müxtəlif çaplı artileriya qurğularından atəşkəsi kobud şəkildə pozaraq cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini, habelə yaşayış məntəqələrini atəşə tutub. Mülki əhalini qəsdən hədəf alan Ermənistan silahlı qüvvələri beynəlxalq humanitar hüququ, həmçinin Cenevrə Konvensiyasını kobud şəkildə pozub.

Baş verən hücumun qarşısını almaq və mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədi ilə Azərbaycan Ordusu komandanlığı tərəfindən bütün cəbhəboyu əks-hücum əməliyyatının başlanması barədə qərar verilib. Bundan sonra düşmən ciddi itkilər verərək geri çəkilib, Azərbaycan Ordusu işğal altında olan bir sıra kəndləri və yüksəklikləri azad edib. Döyşlərlərdə iştirak edən hərbiçilərmizə güc-qüvvət, şəhidlərimizə Allahdan rəhmət diləyirik.

Gəncliyə Yardım Fondu olaraq Ermənistanın cəbhəboyu atəşkəsi pozmağı və işğalçı addımları ilə bağlı bəyan edirik:

1.  Ermənistanın atəşkəs rejiminin pozması və bu təxribatını Azərbaycanın ərazi bütövlüyünə yeni təhdid kimi görür və Ermənistan hökumətənin təcavüzkar siyasətini şiddətli şəkildə qınayırıq;

2. Ermənistanın Azərbaycana qarşı illərdir davam edən işğalçı addımlarının və hərbi təcavüz siyasətinin  regionda sülh, sabitlik və inkişafa ən böyük təhdid kimi qiymətləndiririk;

3. Azərbaycan Ordusunun əks-hücmunu, işğal altında olan torpaqlarımızın işaldan azad edilməsi yönündə atılan hər addımını dəstəkləyirik;

4. Cəbhədə igidliklə müqəddəs torpaqlarımızı qoruyan, işğal altında olan torpaqlarımızın azadlığı uğrunda döyüşən ordumuzla fəxr edir, onlarla həmrəy olduğumzu ifadə edirik;

5. Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan, dövlət nümayəndələri və türk xalqının maddi və mənəvi olaraq daimi Azərbaycanın yanında olmağını yüksək qiymətləndiririk. “Bir millət, iki dövlət” ruhuyla işğal altında olan Qarabağda Azərabcanın şanlı bayrağının sancılması və dalğalanması üçün dua edir və o günü səbirsizliklə gözləyirik.

Qarabağ Azərbaycandır!