İnsani Yardım GYF 52 Yaşlı Qarabağ Qazisinə Dəstək Oldu

GYF 52 Yaşlı Qarabağ Qazisinə Dəstək Oldu

10

Gəncliyə Yardım Fondunun nümayəndə heyəti karantin dövrünün tələblərinə ciddi riayət etmək şərti ilə Baki şəhəri, Hövsan Qəsəbəsində yaşayan II qrup Qarabağ müharibəsi əlili Həsrətqulu Rəhimovu yaşadığı ünvanda ziyarət edib.‎ Fond əməkdaşaları ehtiyac sahibi ailəyə əvvəlcədən müraciətləri əsasında əlil arabası təqdim edib və onların həyat şəraitləri ilə yaxından tanış olublar.

Ailənin ‎dediyinə görə Fond tərəfindən onlara təqdim edilən əlil arabası onların əzizlərinin həyatında yeni səhifə açıb. Ziyarət edilən ailəyə fondun xeyriyyə fəaliyyətləri ‎haqqında qısa məlumat verilib.‎

Ailə üzvləri də  öz növbəsində Gəncliyə Yardım Fondunun onlara göstərdiyi diqqət və qayğıya görə ‎minnətdarlıq bildirib.‎

Qeyd edək ki, il ərzində Gəncliyə Yardım Fonduna ehtiyac sahibi ailələr tərəfindən edilən müraciətlərə ‎operativ şəkildə baxılır və xüsusi nəzarət-təftiş komissiyasının rəyindən sonra ailələrə imkan daxilində ‎yardımlar göstərilir.